show video detail
TƏCİLİ VƏZİYYƏT! Ordumuz Zəngəzura BELƏ GİRDİ
- Published_at:2021-05-13
- Category:Science & Technology
- Channel:Bir Bax
- tags: bir bax bir bax youtube bir bax xeyale bir bax rufet ZƏNGƏZUR zəngəzurda nə baş verir zəngəzur azərbaycana veriləcək zəngəzur dəhlizi zəngəzur mahalı zəngəzur azərbaycan zengezur zengezurda atisma zengezur azerbaycana verilecek zengezurda ne bas verir zengezur son dakika zengezurda son veziyyet zengezurda müharibe zengezur koridoru zengezur mahali zengezur dehlizi bir bax zengezur bir bax tv şuşa susa zengezur
- description: #BirBax #Zengezur #Zəngəzur "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz: (+994) 55-554-58-83 Vətən Şavaşında yerlə bir olan ermənilərin qara günləri davam edir. Qarabağın bir hissəsindən qovulan bədnam qonşularımız indi də Zəngəzur üçün göz yaşı axıtmaqla məşğul olur. Ötən gün Azərbaycan Ordusunun Zəngəzur ərazisinə 3, 5 kilometr daxil olması tiqranoidləri cin atına mindirib.. Siz Bir Bax kanalındasınız... Ötən gün ölkəmiz üçün çox vacib və mühüm gün kimi yadda qaldı..Şuşada keçirilən Xarıbülbül musiqi festivalı günün əsas hadisəsi idi. Lakin gün ərzində Ermənistandan gələn xəbərlər az keçmədi ki, festivalı bir qədər unutturdu. Gəlin baş verən bütün hadisələri və ordumuzun Zəngəzur ərazisinə girməyini geniş şəkildə bir bir təqdim edək. Zəngəzurun Qaragöl deyilən ərazisində səhər saatlarında maraqlı hadisələr yaşandı..Yerli erməni mənbələri Azərbaycan hərbçilərinin böyük bir qrupunun Ermənistan-Azərbaycan dövlət sərhədini pozduğunu bildirdi. Səhər saatlarında Qaragöl ərazisində böyük təşviş yaşanırdı. Burada yerləşən 159, 160 və 161 saylı erməni postlarındakı düşmən əsgərlər Azərbaycan hərbçilərinin sərhəd istiqamətində hərəkət etdiyini görür. Bu məqamda xatırladaq ki, sözügedən ərazidə rusiya sərhədçiləri xidmət etmir bu zonanı Ermənistan ordusunun güya ki, xüsusi təyinatlı zabitləri qoruyur..Əlbəttə erməni yalanlarını nəzərə alsaq bu məqam çox da inandırıcı gəlmir..Hər halda necə olur olsun, hansısa Aşot və ya Tiqran şərhəddə keçik çəkir. Bir neçə dəqiqədən sonra Azərbaycan hərbçilərinin sərhədi keçdiyi Ermənistanın yüksək komandanlığına məruzə edilir. Zəngəzur ərazisinin 3,5 kilometrliyinə qədər nüfuz edən Azərbaycan oğulları xəritələrlə müəyyən etdikləri məntəqələrdə çadırlar qurmağa başlayırlar. Ermənistan tərəfinin Zəngəzuru tərk etmək çağırışları isə hərbçilərimiz tərəfindən rədd edilir. Bir neçə saatdan sonra Zəngəzurun rəsmi şəxsləri əhalini sakitləşdirmək üçün müxtəlif yalanlar uydurmağa və biri-birlərinə zidd açıqlamalar verməyə başlayır. Zəngəzurun qubernatoru Meliksat Poqosyan ilk açıqlamada deyir... “Düşmən Syünik istiqamətində bir addım belə irəliləməyib. Onlar nəzarət məntəqəsi tikməyə gəlmişdilər, amma ərazidə azdılar. Dövlət sərhəddində heç bir insident baş verməyib. Bu mümkün deyil. Bunu mən sizə deyirəm” – Lakin düşmən deyən üstəlik utanmadan Zəngəzuru Syünik adlandıran Poqosyanın yalanı tez faş oldu.. Onun dediklərinin əksinə Gorus şəhərinin meri hər şeyi açıq aşkar etiraf etdi. Erməni mer Aruş aruşanyanın dedikləri belə oldu. “Azərbaycan hərbçilərinin bir qrupu Sevliç gölünü keçərək Ermənistan ərazisinə soxulublar və hal hazırda bizim ərazilərdədirlər. Onlarla danışıqlar aparılır.” “İndiki vəziyyətə görə detalları açıqlaya bilmərəm, çünki danışıqlar davam edir. Daha sonra erməni mer “Azərbaycan hərbçilərinin Zəngəzur ərazisində azması” məsələsinə də aydınlıq gətirdi. O , Zəngəzurun qubernatoru Melikset Poqosyanın yalan danışdığını bəyan edib. “Belə insanlar vətənlə bağlı olan məsələlərdə belə yalan danışmağa davam edirlər” – sitatın sonu... Axşam saatlarında isə Ermənistanın gündəmi çalxalandı..Artıq hamının dilndə sərhəddə baş verənlər idi..Media bar bar bağırmağa başladı...Bir sözlə ara qarışdı...Lakin hadisələrlə gağlı dəqiq məlumatı olan yox idi. Olayların nəzarətdən çıxdığını sezən başıbəlalı baş nazir dabanyalayan ləqəbli Nikol Paşinyan təcili sürətdə Təhlükəsizlik Şurasının iclasını çağırdı..Paşinyan ölkəsinin generalları önündə uzun uzadı çıxış edərək bütün olanlara aydınlıq gətirdi..İclasada Paşinyan hərbçilərimizin 3, 5 kilometr Zəngəzur ərazsinə daxil olmasını etiraf etdi. “Yaranmış vəziyyət qəbulediməzdir. Ermənistan bu durumla barışa bilməz. Lakin bizim başlıca məqsədimiz problemin diplomatik yolla həll olunmasından yanadır. Bu baş verməsə başqa alternativlərə əl atacayıq”- deyə Paşinyan əlavə etdi..Son cümləyə diqqətinizi çəkmək istərdik..Yoldaş Paşinyan başqa alternativlərə əl atmaq istəyirmiş...Yəni belə desək danışıqlar yolu ilə alınmasa silaha əl atacaqlarmış...Kifayət qədər gülünc açıqlamalardır. Ermənistan mediası məsələni gündəmdə saxlayaraq müxtəlif məlumatlar paylaşdı. Yerli mətu orqanları Azərbaycan Ordusunun irəli çəkdiyi mövqelərdən geri çəkilmədiyini yazdı. Paşinyana düşmən mövqedə olan neüs am portalı Danışıqlar nəticə verməyib, sabah yenidən cəhd edəcəklər- başlığı ilə xəbərlər tirajladı Gün boyu diplomatik cəhdlərin ardı arası kəsilmədi Əvvəlcə Ermənistan xarici işlər naziri əslən hacıqabuldan olan Ara Ayvazyan rusiyalı həmkarı Lavrovla danışdı və Azərbaycanın əvvəlki mövqeyə qaytarılmasını xahiş etdi . Ardınca Rusiya müdafiə naziri Sergey Şoyqu və Ermənistan müdafiə naziri Vaqraşak Arutyunyan arasında telefon söhbəti oldu. Rəsmi məlumata görə, tərəflər Qarabağdakı rus sülhməramlıların fəaliyyətini müzakirə ediblər. Lakin Laçın-Gorus sərhədində baş verənlərin müzakirə edildiyi istisna edilmədi
ranked in date | views | likes | Comments | ranked in country (#position) |
---|---|---|---|---|
2021-05-14 | 184,457 | 12,120 | 642 | (,#29) |